Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.05 $▼1.11%
  • WTI neft82.59 $▼0.48%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.652 $▲13.03%
  • Qızıl3 527 $▼0.18%
  • Gümüş40.88 $▼1.17%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin58 902 $▼4.86%
  • Ethereum1 632 $▼7.01%
  • S&P 5007 021▼2.18%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Sosial

Tacikistan “ASAN xidmət” modelini tətbiq edəcək

image-foto10
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Tacikistan Respublikasına səfər edib.

Bu barədə Busaat.az-a qurumun mətbuat xidmətindən bildirilib.

Məqsəd Tacikistanda ölkəmizin “ASAN xidmət” modeli əsasında vahid məkandan dövlət xidmətləri göstərən mərkəzin yaradılması istiqamətində aparılan işlərin cari vəziyyəti barədə qiymətləndirmənin həyata keçirilməsi olub.

Səfər çərçivəsində Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidməti, habelə Dünya Bankının Tacikistandakı Nümayəndəliyi ilə görüşlər keçirilib.

Dövlət Agentliyinin nümayəndələri Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb. Görüşdə Dövlət Agentliyinin nümayəndə heyətinin 2022-ci ildə Tacikistana baş tutmuş ilk səfərinin yekunlarına dair geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri üzrə məsələlər müzakirə edilib. Nazir öz növbəsində “ASAN xidmət” konsepsiyası, eləcə də burada tətbiq olunan rəqəmsal həllərin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Eyni zamanda Dövlət Agentliyi ilə Tacikistanın müvafiq qurumu arasında sözügedən sahələr üzrə əməkdaşlığın həyata keçirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar ilkin razılığa gəlinib.image-foto11 image-foto12 image-foto13

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124294