“Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən xain sənədin imzalanmasından tam bir gün keçdi, lakin o, hələ də hökumət başçısı vəzifəsini icra edir. Başqa sözlə desək, hər birimiz ayrı-ayrılıqda və hamımız birlikdə bir vətən xaininin varlığına tam 24 saat dözdük. Afərin, nə deyəsən beləsinə?! … Əvvəllər Qarabağı satan hər hansı bir şəxsin 5 dəqiqə siyasi meydanda dayanmaq şansının olmayacağını düşünürdüm”.
Busaat.az xəbər verir ki, erməni politoloq, Voskanapat analitik mərkəzinin rəhbəri Qrant Melik-Şahnazaryan bu fikirlərini Rusiya mediasına deyib. Politoloq daha sonra vurğulayıb ki, “Məni düzgün başa düşməyinizi istəyirəm. Xahiş edirəm, bir anlıq xəbər axınından ayrılmağa çalışın, Qarabağ xəritəsini açın, Paşinyanın xəyanətindən sonra bizim üçün nələrin “qaldığını” görün. Niyə “qalacaq” sözünə dırnaq işarəsini qoydum? Sadə bir səbəbə görə. Çünki əslində bu kağız ilə bütün Qarabağı düşmənə təslim edirik. Eşidirsən? BÜTÜN Qarabağ? Çünki Qarabağ bu sərhədlər daxilində mövcud ola bilməz. İndi də bu xain proqramın həyata keçirilməsinə 4 gün qalıb. Və dünən hələ 5 günümüz var idi.
Vətəni xilas etmək üçün 4 gün. 4 gün ərzində Dadivank mehrabı (Qarabağdakı 9-13 əsrlər monastırı – red.) alçaldılacaq. Düşmən ziyarətgahımızı tapdalayacaq. Bizim ləyaqətimiz yerlə bərabər olacaqdır. Əlbəttə ki, bu müddət ərzində vəziyyət dəyişməzsə.
Amma vəziyyət mütləq dəyişəcək. Dəyişməliyik. Buna görə sözümə inanan hər kəsdən saat 13:00-da Azadlıq Meydanında olmağı tələb edirəm. Ümummilli bir görüş keçiriləcəkdir. Milli azadlıq mitinqi keçiriləcək. Və bu gün Qarabağın gələcəyinə qərar veriləcək. Çünki cəbhədə olan oğlanlarımız hələ də yerlərini tuturlar. Mövqeyimizi almalıyıq. İnanın, əziz dostlar, bunlar sadəcə sözlər deyil. Bu, son şansımızdır. Bir daha təkrar edirəm: geri dönməz fəlakətə cəmi 4 gün qalıb “.