Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Quba və Zaqatalada bələdiyyə sədrləri cəzalandırıldı

image-polis1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qubada bələdiyyə sədri sanitariya-gigiyena qaydalarının pozulmasına görə cəzalandırılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Busaat.az-a verilən məlumata görə, rayonun Möhüc kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Möhüc kəndinin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bundan başqa, Zaqatala rayonunda sanitar-gigiyena qaydalarının pozulması halları aşkarlanıb.

Nazirliyin Şəki regional qrupundan bildirilib ki, Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları müəyyən olunub.
İXM-nin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmçinin eyni ərazilərdə çirkab sularını su hövzəsinə axıdan şəxslər müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb ediliblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115189