“Quranın yandırılması qəbuledilməz vandalizm aktıdır” – Vladimir Leqoyda

image-1378753backend

Moskva Patriarxlığının Cəmiyyət və Kütləvi İnformasiya Vasitələri ilə Əlaqələr üzrə Sinodal Departamentinin sədri Vladimir Leqoyda bazar günü İsveçdə Quranın bir nüsxəsinin yandırılmasını tənqid edib.

Bu barədə Busaat.az TASS-a istinadən xəbər verir.

“Türkiyənin İsveçdəki səfirliyi yaxınlığında Quranın yandırılması qəbuledilməz vandalizm aktıdır”, – o, Telegram -da bildirib.

“İnsan başqası üçün müqəddəs olan bir şeyə tüpürməməlidir. Siyasi mübarizənin bir hissəsi kimi insanpərvərliyin sərhədlərini aşmaq, müqəddəs şeyləri ləkələmək olmaz”.

Şənbə günü müqəddəs kitabın yandırılmasını ifrat sağçı Hard Line siyasi partiyasının lideri Rasmus Paludan həyata keçirib. Paludan NATO, Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanı da tənqid edib.

Daha əvvəl Rusiya müsəlman icması da hadisəni pisləyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90