İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2021” layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Busaat.az xəbər verir ki, qaliblər Bakı Olimpiya Stadionunda açıqlanıb.
Nominasiyalar üzrə:
İlin İdman Xadimi – İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti)
İlin əcnəbi futbolçusu – Abdullah Zubir (“Qarabağ”, Fransa)
İlin futbolçusu – Emin Mahmudov (“Neftçi”)
İlin İdmançısı – İrina Zaretska
İlin Komandası – “Qarabağ” futbol komandası
İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” futbol komandasının baş məşqçisi)
İlin İdman Yarışı – Avro-2020-nin Bakıda keçirilmiş 4 oyunu