Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.68 $▲1.02%
  • WTI neft85.16 $▲0.18%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 805 $▼1.85%
  • Gümüş46.37 $▼2.36%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.75 ¢▲1.38%
  • Bitcoin64 386 $▼0.75%
  • Ethereum1 804 $▼1.05%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Qurban Qurbanov “Sivasspor”a məğlubiyyəti şərh etdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İtkilərimiz var idi. Amma futbolçularımdam razı qaldım. Qalib gəlmək üçün hər şeyi etdilər. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur”.

Busaat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə “Sivasspor”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: “Sivasspor”un təcrübəsi daha çoxdur və fürsətlərdən yararlandılar. Yaxşı oynadılar və qələbə qazandılar. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram”.

Təcrübəli baş məşqçi dekabrın 3-də İstanbulda İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə oynayacaqları matça da toxunub: “Ən yaxşı nəticəni qazanmaq istəyirik. Qrupdan çıxmaq şansımızı itirdik. Amma biz oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Gənc futbolçulara şans vermək bizim üçün önəmlidir”.

Qeyd edək ki, “Qarabağ” bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarını itirib. Xalı olmayan Ağdam təmsilçisi I qrupunda sonuncu pillədədir. “Sivasspor” isə 6 xalla 3-cü sırada yer alır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=25861