Qurbanovdan “Bayer”lə oyun öncəsi MÜJDƏLİ XƏBƏR

image-qurbanbackend

“Bakıdakından daha yaxşı oynamağa çalışacağıq”.

Busaat.az  “İdman və biz”ə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer” ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, şanslarından maksimum istifadə edəcəklər:

“Mütləq şəkildə çalışmalıyıq ki, Bakıdakından daha yaxşı oynayıb, daha çox güc sərf edək. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sona kimi mübarizə aparacağıq”.

“Qarabağ”ın zədəli və cəzalı futbolçuları barədə də danışan Qurban Qurbanovun sözlərinə görə, oyunun gedişatından asılı olaraq Kevin Medina da meydana çıxa bilər:

“Təbii ki, ehtiyac yaransa, bu addımı atacağıq. Amma o, hələ də öz formasında deyil. Bu cür sürətli matçlarda əziyyət çəkə bilər. Digərlərinin də qayıtması isə əlavə üstünlükdür. İstənilən an bəzi rotasiyalar edə bilərik. Juninyoda vəziyyət ümumi olaraq pis deyil. Dünən və bu gün fərdi məşqlər edib. Yenə də sabah oyun gününə kimi gözləyəcəyik. Həkimlərlə məsləhətləşib, qərar verəcəyik”.

Qeyd edəki, “Bayer” – “Qarabağ “qarşılaşması Bakı vaxtı ilə 00:00-da Liverkuzendə “BayArena”da start götürəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki