Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 426 $▲2.05%
  • Ethereum1 827 $▲3.29%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Quru sərhədlərlə bağlı AÇIQLAMA

image-55de582e3641351bfe0c3203989d803440ba27dfdc099ae1df217c28d6811f7dquruserhed1-jpg-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. Turizm cəhətdən yanaşsaq, bu, həm Azərbaycana gələnlər, həm də ölkədən gedənlər üçün ciddi problemdir. Bu gün yalnız hava nəqliyyatının qalması, xüsusilə Azərbaycan kimi ölkədə əhalinin həyat tərzinə, məişətinə kifayət qədər ciddi problem yaradır. Çünki hava nəqliyyatı Azərbaycanda demək olar ki, vətəndaşların seçimləri sırasında olmayan bir nəqliyyat növüdür. Qiymətləri çox bahadır. Ona görə də quru sərhədlərin açılması vacibdir”.

Busaat.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun fikrincə, seçkidən sonra quru sərhədlərin açılması ilə bağlı qərar verilə bilər. Çünki sərhədlərin bağlı qalması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir:

“Sərhədlərin açılması turizm sektorunun inkişafına ciddi təkan verə bilər. Eyni zamanda, sərhədyanı kiçik ticarətin son 3 ildə yaşadığı durğunluqdan müəyyən qədər çıxmasına səbəb olacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133771