“Quş qripi” yenidən yayılır- Bu ölkədə 5 nəfər yoluxub

image-d09c4c3e9e49f88418880534122be55fbackend

Çində yüksək patogenli H5N6 quş qripi virusuna beş yeni yoluxma halı qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Honq-Konq səhiyyə orqanları məlumat yayıb.

İnfeksiya ev quşları ilə təmasda olan Sıçuan əyalətinin iki sakinini öldürüb. Çinin şərqindəki Zhejiang əyalətinin Hançjou şəhərinin sakini də virusa yoluxub. Onun vəziyyəti həkimlər tərəfindən kritik qiymətləndirilir.

Daha iki xəstə – cənub Quanksi Çjuanq Muxtar Bölgəsinin sakinləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dünyada ilk dəfə H5N6 virus ştammına yoluxma 2014-cü ilin mayında Sıçuan əyalətində qeydə alınıb. Həmin vaxtdan ölkədə belə halların sayı 63-ə çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90