Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 340 $▼1.29%
  • Ethereum1 911 $▼0.84%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Quterreş dünyaya səsləndi: “İqlim Həmrəyliyi Paktı” yaradılsın”

image-quterres
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə çatmaq üçün lazım olan emissiyaların azaldılması məqsədilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında “İqlim Həmrəyliyi Paktı”nın yaradılmasına çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Quterreş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP27) üzv ölkələrin 27-ci Konfransının Liderlər Zirvə Toplantısının açılışında çıxış edib.

Quterreş çıxışında dünya əhalisinin 8 milyarda yaxınlaşdığını və dünyada insan sayının yeni həddi keçəcəyini bildirib: “Rəhbərlərdən soruşun: Bu yeni doğulmuş körpə bizdən “Şansınız olduğu halda planetimiz üçün nə etdiniz?” deyə soruşanda biz necə cavab verəcəyik? Bugünkü böhranlar iqlim dəyişikliyi ilə mübarizəni arxa plana keçirmək üçün bəhanə ola bilməz, olmamalıdır. İqlim dəyişikliyinin səbəbkarı insanlardır, həll yolu yenə də insanlar olmalıdır. Qlobal iqlim böhranını əngəlləmək üçün kiçik də olsa ümid var. Biz geri dönüşü olmayan təhlükəli yerə doğru irəliləyirik”.

G20 ölkələri üçün transformasiyanı sürətləndirməyin və inkişaf etməkdə olan ölkələr üçün emissiyaları azaltmağın kritik əhəmiyyət daşıdığını bildirən Quterreş əlavə edib: “Beləliklə, COP27-nin əvvəlində mən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında tarixi İqlim Həmrəyliyi Paktı imzalamağa çağırıram. Bu, bütün ölkələrin qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün emissiyaların azaldılmasına əlavə töhfə verəcəyi paktdır. Dünyanın ən böyük iki İqtisadiyyatı ABŞ və Çindir. Bəşəriyyətin indi seçim şansı var: İqlim Həmrəyliyi Paktı və ya Kütləvi İntihar Paktı.”.

İtki və zərərlərin ödənilməsinin mənəvi məsuliyyət olduğunu bildirən Quterreş iqlim dəyişikliyinin artan təsirlərinə qarşı hər kəsin birlikdə hərəkət etməli olduğunu bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89984