Quterreş Merkelə iş təklif etdi

image-merkelbackend

BMT-nin Baş katibi Antonio Quterreş Almaniyanın sabiq Kansleri Angela Merkelə BMT strukturunda yüksək səviyyəli müşavir olmağı təklif edib.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “DPA” agentliyi yayıb.

Məlumata görə, Quterreş Merkelə bu təklifi ilə bağlı məktub göndərib. Sabiq Kansler hələ ki, cavab verməsə də, BMT əmindir ki, Merkel təklifi qəbul edəcək.

Qeyd edək ki, Merkel 16 il ərzində Almaniyanın kansleri vəzifəsində çalışıb. O, 2018-ci ildə bəyan edib ki, beşinci müddətə namizədliyini irəli sürməyəcək. 2021-ci ildə vəzifəsindən gedən Merkeli sosial-demokrat Olaf Şolç əvəzləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90