TƏBİB-in keçmiş sədri Ramin Bayramlının DİM sədri Məleykə Abbaszadənin müşaviri təyin olunduğuna dair məlumatlar yayılıb.
Busaat.az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq DİM-dən məsələyə münasibət bildirilib.
“Yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə qeyd olunub.
Qeyd edək ki, Ramin Bayramlı ötən il sentyabrın 12-də TƏBİB-in sədri vəzifəsindən azad olunub.