Ramin Musayev istefa verdi

image-1443891backend

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.

Qol.az-ın əldə etdiyi xəbərə görə, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür.

Yaxın saatlarda istefa ilə əlaqədar rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki