Ramiz Əzizbəylinin vəziyyəti ağırdır

image-lukasenkobackend

“COVID-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə “Qafqazinfo”ya məşhur aktyorun qızı Xədicə Əzizbəyli məlumat verib. O bildirib ki, atasının səhhətində zaman-zaman cüzi irəliləyiş olsa da, yenidən pisləşir:

“Vəziyyəti ağırdır. Həkimlər deyir ki, cüzi irəliləyiş olur, lakin qısa müddət sonra pisləşir, ağırlaşır. Bu səbəbdən yekun olaraq “yaxşılaşıb” deyə bilmirik. Hələ də reanimasiyadadır”.

Qeyd edək ki, koronavirusa yoluxan R. Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun bir ayağındakı barmaqları amputasiya edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki