Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 761 $▼2.58%
  • Ethereum1 721 $▼2.97%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Ramiz Mehdiyevin ailəsinin bankı bağlanır: Pul yoxdur

image-ramiz-mehdiyev-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycandakı banklar 2022-ci il üzrə (yanvar-dekabr) maliyyə göstəricilərini açıqlayıblar.

2022-ci il 26 bankdan 24-ü xalis mənfəət, 2-si xalis zərərlə başa vurub. “Bank BTB”nin xalis zərəri ehtiyat yaratması ilə əlaqədardır. Bank ötən il əməliyyat mənfəəti təmin edə bilib. Pakistan Milli Bankı Bakı filialının lisenziyası isə 2022-ci ilin oktyabr ayında ləğv edilib.

Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə banklar 1 milyard 371.4 milyon manat məbləğində əməliyyat mənfəəti, 914.5 milyon manat məbləğində xalis mənfəət əldə ediblər. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların əməliyyat və xalis mənfəətləri müvafiq olaraq 45% və 50% artıb. Banklar tərəfindən 2022-ci il ərzində 261.5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Maraqlıdır, xalis zərər edən bankların bağlanma təhlükəsi varmı?

Cebhe.info-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bank minimum kapital tələbinə riayət etməyə davam edirsə, zərərlə işləməsi onun bağlanmasına səbəb olmur:

“Bank rəhbərliyi özləri istəsə, bağlaya bilərlər. Belə bir misal çəkim. Deyək ki, bankın özünün 70 milyonu var, xalis zərəri də 10 milyondur. Deməli, banka 60 milyon qalır, minimum kapital tələbi isə 50 milyondur. Deməli, bu da bağlanmaya səbəb olmur. Bank səhmdarları əlavə pul qoysalar, yenə də problem yaranmaz. Yəni xalis zərər kapital tələbindən çox olarsa, bank bağlana bilər. Sadəcə hamımız bilirik ki, “BTB Bank”ı Ramiz Mehdiyevin ailəsinə bağlayırlar. Buna görə ola bilər ki, səhmdarlar banka pul qoymasın. Yəni bu cəhətdən bankın bağlanmasını da istisna etməyək. Onsuz elə də böyük bank deyil”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98420