
“Real” araşdırmaya başladı
“Real” komandada zədəli futbolçuların çoxluğundan narahatdır.
Busaat.az xəbər verir ki, xəbər verir ki, Madrid təmsilçisinin oyunçuları mövsüm ərzində ümumilikdə 41 zədə alıblar. Hazırda 20 futbolçunun müalicəyə ehtiyacı var. Oyunçular toplam 823 gün və 146 matçı buraxıblar.
“Kral klubu”nun çempionluq mübarizəsindəki əsas rəqibləri “Atletiko”da 16, “Barselona”da isə 25 zədə qeydə alınıb.
Futbolçuların bu qədər çox xəsarət alması isə “Real”ın klub daxilində araşdırmaya başlamasına səbəb olub.
Qeyd edək ki, “Real” hazırda La Liqanın turnir cədvəlində 49 xalla 2-cidir.























