Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç İspaniyanın “Real” klubunda qalmaq üçün illik qazancının iki dəfə azaldılmasına razılıq verib.
Busaat.az “OK Diario”ya istinadən xəbər verir ki, klubla bağlayacağı yeni birillik müqavilə ona 5 milyon avro qazandıracaq.
Modriç 2012-ci ilin yayında “Real”a transfer olunub. O, Madrid təmsilçisinin heyətində ümumilikdə 533 oyun keçirib, 39 qola və 86 məhsuldar ötürməyə imza atıb.
38 yaşlı yarımmüdafiəçi komandası ilə Çempionlar Liqasının altıqat qalibi, həmçinin dördqat İspaniya çempionu olub.
Qeyd edək ki, L.Modriç 2023/2024 mövsümündə meydana çıxdığı bütün turnirlərdə 45 oyun keçirib, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.