“Real Madrid”in ulduzundan “Qarabağ”ın yeni transferinə təbrik – FOTO

image-getty-ferland-mendy-23040424backend

“Real Madrid”in fransız müdafiəçisi Ferlan Mendi “Qarabağ”ın yeni transferi Hamidu Keytaya təbrik ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, Keyta instaqram hesabında “Yeni mübarizə, yeni ailə. Sizinlə birgə olmaqdan çox məmnunam, qardaş. İrəli, “Qarabağ”, deyə foto paylaşıb.

Ferlan Mendi isə fransız vingerin paylaşımına şərh yazıb və təbrik edib.

Qeyd edək ki, Keyta və Mendi 2014-2015-ci illərdə Fransanın “Havr” klubunda komanda yoldaşı olublar.

Xatırladaq ki, “Qarabağ” Keyta ilə 2026-cı ilin iyun ayınadək müqavilə bağlayıb.

image-screenshot_2023-06-03_150025

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90