“Real” uduzdu, “Atletik” finalda

“Real” uduzdu, “Atletik” finaldabackend

İspaniya kubokunda ikinci finalçının da adına aydınlıq gəlib.

Busaat.az xəbər verir ki, bu gün keçirilən yarımfinal görüşündə “Real” “Atletik”lə qarşılaşıb.

Oyunda hesabı 18-ci dəqiqədə “Atletik”in futbolçusu Raul Qarsiya açıb. O, 38-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. “Real”ın oyunçularından Kərim Benzema 73-cü dəqiqədə fərqlənərək, hesab arasındakı fərqi azaldıb. Lakin “kral klubu” bundan artığını bacarmayıb.

Beləliklə, Madrid təmsilçisi rəqibinə 1:2 hesabı ilə məğlub olaraq, həlledici mərhələdə iştirak etmək hüququndan məhrum olub.

“Atletik” isə finalda “Barselona” ilə üz-üzə gələcək.

Qeyd edək ki, yanvarın 18-də keçiriləcək “Barselona” – “Atletik” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90