Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 897 $▲1.23%
  • Ethereum1 822 $▲3.05%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Mədəniyyət

“Rəhbərlər televiziyanın rəzil gününü millətə bağlayırlar” - VİDEO

image-azasaz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar”.

Busaat.az xəbər verir ki, bunu aparıcı Kamran Həsənli İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində televiziyaların hazırki vəziyyətinin müzakirəsi zamanı deyib.

“Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq”, – deyə K.Həsənli bildirib.

O, televiziyaların indiki səviyyəsini tənqid edərək telekanallara yenidən format vermək lazım olduğunu əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Xəzər TV-nin rəhbəri Xalq artisti Murad Dadaşov Musiqi Forumunda çıxışı zamanı TV-lər haqda fikirlərini açıqlamışdı. O, reytinq haqda danışarkən maaş məsələsinə də toxunmuşdu: “Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır. Biz başa düşməliyik ki, tamaşaçı televiziya qarşısında buna baxmaq istəyər. Göstərməsək, başqa kanala baxacaq. Azərbaycan tamaşaçısı türkcə də başa düşür. Digər tərəfdən də rus kanalları. Rəqabətdə çox uduzuruq. Bu reytinq göstəricilərini mən etmirəm, siz edirsiniz”.

Kamran Həsənlinin çıxışı ilə bağlı videonu təqdim edirik:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130716