Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.29 $▼0.57%
  • WTI neft88.30 $▼0.29%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.160 $▼2.17%
  • Qızıl3 877 $▼0.24%
  • Gümüş47.50 $▼3.30%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin64 830 $▼0.74%
  • Ethereum1 818 $▼0.90%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

Rəsmi Bakı: "ABŞ, Almaniya və Fransa səfirlikləri "Abzas media"nın qanunsuz maliyyələşdirilməsində iştirak edib"

image-1664860722_xin_new
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri “Abzas media”nın qanunsuz maliyyələşdirilməsində iştirak edib”

Busaat.az xəbər verir ki, bu barədə noyabrın 28-də ABŞ-nin və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib.

Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.

Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129231