Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 218 $▼1.47%
  • Ethereum1 908 $▼1.00%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rəsmi Bakıdan azərbaycanlıların Fransa Senatına ünvanladığı petisiya ilə bağlı - Açıqlama

image-ayxan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Göründüyü kimi, ölkəmizə qarşı ədalətsizliyə etiraz olaraq bir qrup soydaşımız tərəfindən ictimai əsasda irəli sürülmüş bu təşəbbüs qısa müddət ərzində geniş dəstək toplayıb”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib.

“Məlumata əsasən, yalnız Fransadakı azərbaycanlılar deyil, bir sıra digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz də bu təşəbbüsə öz imzaları ilə dəstək vermişlər. Bu addımlar, həmvətənlərimiz tərəfindən göstərilən həmrəyliyin və birliyin nümunəsidir. Təqdirəlayiq haldır ki, bu müraciət qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli sayda çox dəstək cəlb edib. Buna baxmayaraq, daha az səs toplayan və daha az əhəmiyyətə malik müraciətlər ilə müqayisədə azərbaycanlıların bu petisiyasına indiyə qədər Fransa tərəfindən reaksiya bildirilməyib. İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetiriləcəyini gözləyirik”.

Qeyd edək ki, Fransa Senatında 15 noyabr tarixində Azərbaycan əleyhinə qətnamə layihəsinə baxılması nəzərdə tutulur. Qətnamə layihəsi bir çox azərbaycanlıların hiddətinə səbəb olmuş və onun əleyhinə nüfuzlu Mesopinions.com petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110 000-ə yaxın imza toplamış müraciət yerləşdirilib. Lakin Fransa tərəfi sözügedən petisiyaya əhəmiyyət vermir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90385