Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.17 $▼3.57%
  • WTI neft82.28 $▼2.90%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.376 $▲6.77%
  • Qızıl3 757 $▼0.78%
  • Gümüş45.66 $▼0.33%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.00 ¢▼3.02%
  • Bitcoin62 912 $▲1.09%
  • Ethereum1 781 $▲1.06%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Reuters” Bərdə terrorundan yazdı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Reuters” agentliyi Ermənistanın Bərdəni raket atəşinə tutmasından yazıb.

Busaat.az xəbər verir ki, agentlik hücum nəticəsində 21 nəfərin həlak olduğunu bildirib.

Qeyd olunub ki, Cənubi Qafqazda təxminən 30 ildir davam edən münaqişə regionu bürüyə biləcək daha geniş müharibə risklərini artırıb. Bu, həm də Azərbaycandan dünya bazarlarına neft və qaz daşıyan boru kəmərləri üçün təhlükə yaradır.

Agentlik bildirib ki, raket hücumu nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, daha iki nəfər isə yaralanıb.

BQXK-nin Avrasiya regional direktoru Martin Şupp, “Son atışmalar Dağlıq Qarabağ münaqişəsinin nəzarətdən çıxma riski olduğuna işarə edir. Qorxunc həddə mülki itkilər yaşanır”, – deyə qeyd edib.

Qəsəbədə yaşayan 35 yaşlı evdar qadın Aysel Hüseynova oğlu ilə alış-verişə çıxarkən iki partlayış səsi eşitdiyini bildirib. İkinci partlayış zamanı yaralanıb:

“Mən özümə gələndə artıq təcili yardımda idim. Ayaq və qolumdan xəsarət almışam. Oğlum yanımda deyildi. Harada olduğunu bilmirəm”.

Agentlik qeyd edib ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=22857