Ronaldo bu kluba gedir: 2.5 illik müqavilə və 500 milyon maaş

image-ronaldoo_1623803114backend

Hazırda klubsuz olan Kriştiano Ronaldonun karyerasını harada davam etdirəcəyi açıqlanıb.

Busaat.az xəbər verir ki, informasiyanı nüfuzlu “Marca” nəşri yayıb.

Mənbə 37 yaşlı portuqaliyalı ulduzun artıq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə şifahi razılığa gəldiyini bildirib. Xəbərə görə, Ronaldo DÇ-2022 başa çatandan sonra ərəblərlə rəsmi müqavilə imzalayacaq. Onun 2,5 illik anlaşmaya qol çəkəcəyi və hər mövsüm üçün 200 milyon avro alacağı vurğulanıb.

Qeyd edək ki, Ronaldo indiyədək Portuqaliyanın “Sportinq”, İspaniyanın “Real”, İtaliyanın “Yuventus” və İngiltərənin “Mançester Yunayted” klublarında çıxış edib. O, “qırmızı şeytanlar”la yollarını bir neçə gün əvvəl ayırıb.Qaynarinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90