
“Ronaldo ilə bağlı xəbərlərdən bezmişik”
Portuqaliya millisinin əsas hücumçularından olan Joa Feliks komandanın lideri Kriştianu Ronaldo ilə bağlı söhbətlərin sıxıcı duruma gəldiyini deyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün diqqətlərini bu gün keçiriləcək oyuna yönəltmək istədiyini bildirib: “Bütün portuqaliyalılara və mediaya mesaj vermək istəyirəm. Portuqaliya böyük rəqabətdədir, düşünürəm ki, hamımız birləşməliyik və mövcud ab-havanı pozmamalıyıq. Dünya çempionatında başqa şeylərə diqqət yetirməliyik. Ronaldo ilə bağlı xəbərlərdən bezmişik”.
Əlavə edək ki, Portuqaliya bu axşam Dünya Çempionatının 1/4 finalında Mərakeşlə qarşılaşacaq.
Qeyd edək ki, ötən matçda Ronaldo 75 dəqiqə ehtiyatda qalmış və bu futbolsevərlərin etirazına səbəb olmuşdu. Məsələ mediada geniş müzakirə edilmişdi.























