Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalıb.
Busaat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun son koronavirus testi mənfi çıxıb.
Qeyd edək ki, Ronaldo oktyabrın 13-ü koronavirusa yoluxmuşdu. Bu səbəbdən 35 yaşlı oyunçu bir neçə matçı buraxmaq məcburiyyətində qalmışdı.