Ronaldo son 10 ildə ilk dəfə “TOP-5″dən kənarda

image-156498_sufoaez0kabackend

Portuqaliya millisinin və “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo son on ildə ilk dəfə “Qızıl top”un səsverməsində ilk beşliyə daxil olmayıb.

Busaat.az xəbər verir ki, o, builki “Qızıl top”un səsverməsində 6-cı olub. Bununla da, 36 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə 5-liyə düşə bilməyib.

Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə – 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə “Qızıl top”u qazanıb.

Qeyd edək ki, builki “Qızıl top”u Lionel Messi qazanıb. Ötən il bu mükafat koronavirus səbəbindən heç kimə təqdim olunmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90