Ronaldodan tarixi uğur

image-146723backend

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo üçün İtaliya A seriyasının 36-cı turunda “Sassuolo” ilə matç (3:1) əlamətdar olub.

Busaat.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən görüşdə komandasının qollarından birinin müəllifi olan portuqaliyalı hücumçu Turin təmsilçisində vurduğu qolların sayını 100-ə çatdırıb. Bununla da, o, klubun tarixində üç mövsümdə bu qədər qol vuran ilk oyunçu olub. Daha əvvəl “Yuventus”un futbolçuları bunu ən azı 4 mövsümə bacarmışdı.

Bundan başqa, Ronaldo üç fərqli komanda ilə 100 qol səddinə çatan ilk futbolçu kimi də tarixə düşüb. 36 yaşlı forvard “Real”da 450 və “Mançester Yunayted”də 118 qol vurub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90