Ronaldu: “Təkmilləşməyə davam edirik”

image-kristiano-ronaldobackend

“Təkmilləşməyə davam edirik”.

Busaat.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Krallığın çempionatının V turunun “Əl-Həzm”lə oyununda (5:1) qazandığı qələbə haqqında sosial şəbəkə hesabında yazıb.

“Daha bir möhtəşəm komanda performansı! Biz təkmilləşməyə davam edirik. 850 karyera qolu və hələ bitməyib”, – Ronaldu X sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, bu görüşdə portuqaliyalı bir qol vurub və iki məhsuldar ötürmə edib. Bu, Ronaldunun karyerasında 850-ci qol olub.

Bundan əvvəl Ronaldunun milli liqalarda 517 qol vuraraq yeni dünya rekordu müəyyənləşdirdiyi bildirilirdi.

Ronaldunun 38 yaşı var, o, beşqat “Qızıl top”un və beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, klublararası dünya çempionatları tarixinin bombardiridir. İspaniyanın “Real” komandasının heyətində 450 qol vuran futbolçu klubun rekordçusudur. Həmçinin İngiltərənin “Mançester Yunayted” (145 qol), İtaliyanın “Yuventus” (101), Portuqaliyanın “Sportinq” (5) klublarında çıxış edib. Portuqaliya millisinin heyətində 123 dəfə fərqlənib.

Ronaldu 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. O, artıq komandanın heyətində 26 qol vurub və klub tarixində səkkizinci bombardirdir. Bu göstəricidə səudiyyəli hücumçu Məhəmməd əl-Səhlavi (125) liderdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki