Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın “Feniks Rayzinq” klubu ilə yeni müqavilə imzalayıb.
Busaat.az xəbər verir ki, sözləşmənin müddəti 2021-ci ilin sonuna qədərdir. Əvvəlki müqavilənin müddəti bu ayın sonunda bitəcəkdi.
Dadaşov “Feniks Rizinq”ə bu ilin yanvarında Almaniyanın “Proyssen Münster” klubundan keçib.
Rüfət geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.