Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.93 $▼3.83%
  • WTI neft82.09 $▼3.13%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Qızıl3 729 $▼1.52%
  • Gümüş45.00 $▼1.78%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 368 $▼3.86%
  • Ethereum1 762 $▼3.31%
  • S&P 5007 324▼0.23%
7°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ruhani Trampı “tarixi terrorçu” adlandırıb

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Prezidenti Həsən Ruhani seçkilərdə məğlub olan və Konqresə basqını təşviq etməkdə təqsirləndirilən ABŞ-ın hazırkı dövlət başçısı Donald Trampı “tarixi terrorçu” adlandırıb.

Bisaat.az xəbər verir ki, Ruhani bu barədə Tehranda keçirilən Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.

O, açıqlamasında vəzifə müddətində anti-İran mövqeyi sərgiləyən Trampı və komandasını hədəf alıb: “ABŞ-ın maksimum təzyiq və iqtisadi terror siyasəti məğlubiyyətlə sona çatdı. Bu siyasəti hazırlayanlar nəinki məğlub oldular, həm də siyasi həyatları sona çatdı. Siyasi anlayışı olmayan ABŞ Prezidenti, axmaq bir Dövlət katibi (Mayk Pompeo- red.) və ekstremist, cahil bir Milli Təhlükəsizlik Məsləhətçisinin (Con Bolton – red.) sonunu gördük. Bu, zorakılıq, irqçilik və qanunları pozmağın dünyada yaxşı olmayacağına işarədir”.

ABŞ rəhbərliyinin 3 ildir Tehrana qarşı tətbiq etdiyi sanksiya və təzyiq siyasəti ilə rejimi yıxmağı hədəflədiyini ifadə edən Ruhani “Səbirli xalqımız bu tarixi terrorçuya müqavimət göstərdi. İranı 3 ayda devirməyi hədəflədilər, ancaq özləri də devrildi”, – deyə bildirib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=31060