Rumıniya Prezidenti Klaus İohannis ölkəsinin ukraynalı pilotlara F-16 qırıcılarının idarə olunması ilə bağlı təlim keçəcəyini təsdiqləyib.
Busaat.az UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Rumıniya təlimdə iştirak edəcək.
Prezidentin sözlərinə görə, Rumıniya digər NATO müttəfiqləri ilə birlikdə Ukraynanı sülh və azadlıq uğrunda mübarizəsində dəstəkləməyə davam edəcək:
“Biz Avropa İttifaqı (Aİ) daxilində koordinasiyanı davam etdirəcəyik”.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl təlimlərin avqust ayında başlayacağını bildirib. Lakin sonradan təlimlərin təxirə salındığı açıqlanıb. Buna səbəb kimi Ukrayna hərbçilərinin ingilis dilini lazımi səviyyədə bilməmələri göstərilib.