Rumıniyanın Krevediya şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışlar nəticəsində yaralananların sayı 58-ə yüksəlib.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi feysbukda açıqlama yayıb.
“Dımbovitsa judetsinin (Rumıniyada birinci dərəcəli inzibati ərazi vahidi – red.) Krevediya şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində bir neçə partlayış baş verib, nəticədə 58 nəfər xəsarət alıb, onlardan biri (infarktdan, yanıqsız olub) ölüb”, – müfəttişliyi diqqətə çatdırılıb.
Daxili İşlər Nazirliyinin 43 əməkdaşı xəsarət alıb, onlardan 39-u yanğınsöndürən, ikisi polis, daha ikisi isə jandarm əməkdaşıdır.
54 nəfər tibb müəssisələrinin müxtəlif şöbələrinə yerləşdirilib, onlardan 10-u intubasiya olunub.
Xatırladaq ki, daha öncə Rumıniya Səhiyyə Nazirliyi olayda bir nəfərin öldüyünü, 46 nəfərin xəsarət aldığını açıqlamışdı.
Rumıniyanın Dımbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.
Səhiyyə naziri Aleksandru Rafilin sözlərinə görə, 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayışlar təhlükəsi qalmaqdadır.
Hakimiyyət orqanları təxminən 300 m radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib.
Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.