33 il bundan əvvəl -20 fevral günü Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR-ə birləşmə haqqında qərar qəbul edəndən sonra, separatçılar hər il bu tarixi dirçəliş günü kimi yürüşlə qeyd edirlər. 33 ildə ilk dəfədir ki, yürüş şənliklə deyil, matəm mərasimi kimi müharibədə ölənlərin qəbirlərini ziyarətlə, xatirə kompleksinin qarşısına gül qoymaqla bitib. Busaat.az xəbər verir ki, dünənki yürüş ötən illərin yürüşündən fərqlənib. 44 günlük savaşda məğlub olan ermənilərin ruh yüksəkliyini qaldırmaq üçün daşnaklar bir çox vasitələrdən istifadə ediblər. Dünənki yürüşdə hətta sülhməramlıların keşişi, həmçinin İrəvandan gələn daşnaklar da iştirak edib. Azərbaycan tərəfini qıcıqlandıran isə rus pravoslav kilsəsinin rahibi, sülhməramlıların keşişinin bu yürüşə qatılması idi. Həmdə separatçı Vitali Balasanyanla birlikdə … Amma keşişin qanunsuz əməli çox çəkmədi. Xankəndində “miasumun ölümünün il mərasimində” icazəsiz tədbirdə iştirakına görə keşiş Qarabağdan Ryazana öz vətəninə qovulur. Bu haqda Rusiya mətbuatı məlumat yayıb. Ona fevralın 24 dək ərazini tərk etmək əmr olunub. Bu gün o Xudavəng monastrını ziyarət etmək istəsə də , Azərbaycan hərbçiləri onu ərazidən qovublar. Ardınca Rusiya sülməramlı kontingentinin rəsmisi bu keşişin sülhməramlılara aidiyyəti olmadığını və formanı da fərdü surətdə Rusiyadan gətirib geydiyini açıqlayıb.
Lakin rus sülhməramlılara xatırladılıb ki, hər bir kəs azad surətdə sülməramlı kontingentin formasini geyinib gəzirsə, bu zaman provokasiyalara görə rus sülhməramlılar məsuliyyət daşıyacaq.
Xankəndinə isə çatdırılıb ki, bu kimi tədbirlər bir daha olsa Azərbaycan əsgərinin əraziyə yeridilərək , qanunsuz toplanışların dağıdılması ilə nəticələnəcək.
Daha bir maraqlı məqam isə sosial şəbəkənin erməni seqmentində keşişin sülhməramlı kimi təqdim edilməsidir. Sülhməramlılar keşişdən imtina edir və onun sülhməramlıya heç bir aidiyyatı olmadığını deyir. Bəs onda keşiş kimdir və Qarabağa necə gəlib? Rus mətbuatı iddia edir ki, keşiş ermənilərin dəvəti ilə Qarabağa gəlib. Amma rusların açıqlaması özlərini tələyə salmaqdır. Çünki keşiş rus sülhməramlılarının dini tədbirlərində iştirak edib axı… Həm də əgər keşişin sülhməramlıya aidiyyatı yoxdursa niyə ona fevralın 24-ə qədərə vaxt verilir. Təzadlı suallar çoxdur. Yəqin ki, açıqlaması olacaq.