İtaliyada 418 “pedofil keşiş” aşkarlanıb

image-7584452989927048702backend

İtaliyada müvafiq qeyri-hökumət təşkilatlarının hazırladığı hesabata görə, İtalyan kilsəsinə mənsub keşişlər tərəfindən cinsi istismara məruz qalan qurbanlar əsasında ölkədə ümumilikdə 418 “pedofil keşiş” müəyyən edilib.

Busaat.az xəbər verir ki, ölkədəki Katolik Kilsəsinin cinsi istismarına qarşı mübarizə aparan tanınmış dərnəklərdən biri olan Sui-istifadə Qurbanları Şəbəkəsi (Rete L’Abuso) və bütün dünyada fəaliyyət göstərən ECA Global (Kahinlərin Sui-istifadəsinə Son) adlı qeyri-hökumət təşkilatları, İtaliyadakı kilsələrdə cinsi qısnama hallarının qurbanlarına əsaslanan ilk birgə hesabatını açıqlayıb.

Bildirilib ki, Sui-istifadə Qurbanları Şəbəkəsi və ECA tərəfindən son 13 ildə ölkə daxilində toplanan məlumatlar əsasında hazırlanan hesabat, İtaliyada “pedofil keşişlər” probleminin miqyasını ortaya çıxarmağı hədəfləyir.

Ölkə daxilində cəmi 418 pedofil keşiş var. Bunlar arasında ölkənin şimalında yerləşən Lombardiya bölgəsi 69 pedofil keşişlə birinci yerdədir.

Sui-istifadə Qurbanları Şəbəkəsi bu məsələ ilə bağlı araşdırmaların ümumiyyətlə aşağı səviyyədə olduğunu və İtaliya məhkəmə sisteminin bu işə qarışmadığını və izləmədiyini iddia edib.

Sui-istifadə Qurbanları Şəbəkəsinin rəhbəri Françesko Zanardi onlayn mətbuat konfransında bildirib ki, hesabat hadisələrlə əlaqəli şəxslərin adları ilə birlikdə məhkəmə orqanlarına və hüquq-mühafizə orqanlarına da göndəriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90