Rus ordusunun gücü tükənir – “Bu, ukraynalılara cavab zərbələri endirmək imkanı verəcək”

image-307ed3f9-79cf-4ba3-8eb5-95603055e314backend

Ukrayanadakı rus qüvvələrinin gücü tükəndiyindən, yaxın günlərdə işğala müəyyən bir müddət ara verməli olacaqlar.

Busaat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur ABŞ-da Aspen Təhlükəsizlik Forumunda çıxış edərkən deyib.

Riçard Mur bildirib ki, Rusiya Ukraynada strateji uğursuzluğa düçar olub: “Məlumdur ki, Rusiya son vaxtlar Ukraynada müəyyən qədər uğur qazana bilib. Lakin bu, çox kiçik qazanclardır. Bizim qiymətləndirmələrimizə əsasən, ruslar qarşıdakı həftələrdə təminat baxımından çətinlik çəkəcəklər. Ona görə də, müəyyən bir müddət Ukrayandakı hücumlara fasilə verməli olacaqlar”.

O, ələvə edib ki, bu, ukraynalılara cavab zərbələri endirmək imkanı verəcək: “Ukrayna hərbçilərinin əhval-ruhiyyəsi hələ də yüksək səviyyədədir. Ukraynanın qələbəsi təbii olaraq, bütün Avropaya fayda gətirəcək”.

“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki