Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.42 $▲4.52%
  • WTI neft88.16 $▲3.39%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.341 $▲2.23%
  • Qızıl3 920 $▼1.51%
  • Gümüş50.42 $▼1.95%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda589.75 ¢▼1.95%
  • Bitcoin69 005 $▼3.14%
  • Ethereum1 951 $▼3.03%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

Rüşdinin bıçaqlanmasına İrandan ilk rəsmi reaksiya

image-18bd5c24-b622-4b1c-b79f-ada494d7710b
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Nasir Kənani məşhur yazıçı Salman Rüşdiyə hücumla bağlı sualları cavablandırıb.

Busaat.az xəbər verir ki, XİN sözçüsü bəzi Qərb mediasının yazıçını bıçaqlayan şəxsin İrana bağlı olması barədə iddialarını təkzib edib, tirajlanan xəbərlərin yanlış olduğunu söyləyib.

“Hücumu həyata keçirən şəxs haqqında məlumatımız yalnız ABŞ mətbuatından eşitdiklərimizdir. Mövzu ilə bağlı ətraflı məlumatımız yoxdur”.

Xatırladaq ki, Nyu-Yorkda yaşayan Salman Rüşdi avqustun 12-də Chautauqua İnstitutunda mühazirə oxumaq üçün kürsüyə çıxarkən bıçaqlı hücuma məruz qalıb. Biri boyun nahiyəsindən olmaqla 10-dan çox bıçaq yarası alan Rüşdi helikopterlə xəstəxanaya aparılıb və əməliyyat olunub.

“New-York Times” qəzetinə yazılı açıqlama verən Rüşdinin meneceri Andrew Wylie yazıçının həyati təhlükəsi olduğunu, bıçaq zərbələri nəticəsində qaraciyərinin və qolunun ciddi şəkildə zədələndiyini, bir gözünü itirə biləcəyini vurğulayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı Hadi Matar həbs olunub.

Qeyd edək ki, 1989-cu ildə yazdığı “Şeytan ayələri” kitabı ilə İslam dünyasının diqqətini çəkən Rüşdi haqqında İranda dövrün ali lideri Ayətullah Xomeyni tərəfindən ölüm fitvası verilib. Xomeynidən sonra ölkə rəhbəri olan Əli Xamneyi də Rüşdi ilə bağlı fətvanın dəyişməz olduğunu bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83712