Rusiya Azərbaycandan kartof və pomidor idxalına qadağa qoya bilər

image-kartofbackend

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal olunan tərəvəz məhsulları ilə bağlı xəbərdarlıq edib.

Busaat.az  xəbər verir ki, bu məlumatı “Rosselxoznadzor” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda baş tutan görüşün yekunları barədə məlumat verərkən açıqlayıb.

Qeyd olunur ki, xidmət Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartoflar aşkarlayıb.

“Rusiya tərəfi xəbərdarlıq edir ki, gələcəkdə ölkəyə idxal olunan bu məhsullarda virus aşkarlanarsa, Azərbaycandan idxal olunan kartofa müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək”, – deyə məlumatda vurğulanıb.

“Rosselxoznadzor” azərbaycanlı həmkarlarından hadisənin səbəblərinin öyrənilməsi üçün araşdırma aparılmasını və Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi istəyib.

Bununla yanaşı, “Rosselxoznadzor” Rusiyaya idxal edilən pomidorlarda zərərli viruslar aşkarlanacağı halda, yükü göndərən müəssisələrə qadağa qoyacağını da açıqlayıb.

Rusiya tərəfi bu məqsədlə bu cür hallara yol verməmək üçün AQTA-dən Rusiyaya göndərilən pomidorlara da nəzarəti gücləndirməyi istəyib.

Qeyd olunur ki, hazırda Azərbaycanın 152 müəssisəsi Rusiyaya pomidor göndərmək hüququna sahibdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90