Məzmuna keç
  • Brent neft90.49 $▼1.03%
  • WTI neft85.22 $▼0.53%
  • Avropa qazı (TTF)82.24 €▼0.11%
  • Təbii qaz (ABŞ)3.273 $▲1.87%
  • Qızıl4 084 $▼1.00%
  • Gümüş52.34 $▼1.71%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda588.50 ¢▼0.04%
  • Bitcoin74 113 $▼1.52%
  • Ethereum2 084 $▼2.27%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Rusiya azərbaycanlı sabiq diaspor rəhbərini ölkədən deportasiya etdi

image-1044048
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya olunub.

Qalib Ağayev mayın 19-da Rusiyadan deportasiya olunub.

Qeyd edək ki, Qalib Ağayev haqqında ötən ilin sonunda Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən Rusiyadan deportasiya olunmaq qərarı çıxarılıb.

Məhkəmə Ağayev Qalib Şəmsəddin oğlunu inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarılmaqla 5 min rubl məbləğində cərimələyib. Bundan başqa, məhkəmə Qalib Ağayevin Yeqorsk şəhər dairəsindəki Rusiya Daxili İşlər Nazirliyinin əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, keçmiş diaspor rəhbəri Rusiya İnzibati Xətalar Məcəlləsinin Rusiya Federasiyasında qalma (yaşayış) hüququnu təsdiq edən sənədlərin olmaması və ya belə sənədlərin itirilməsi ilə ifadə edilən Rusiya Federasiyasında qalma (yaşayış) rejiminin xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən pozulması, onların itirilməsi barədə müvafiq orqana ərizə təqdim edilmədikdə və ya müəyyən müddətdən sonra Rusiya Federasiyasını tərk etməkdən yayındıqda, bu hərəkətlərdə cinayət əlamətləri olmadıqda maddəsini pozmaqda təqsirli bilinib.APA

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77832