Rusiya birdəfəlik PUA hazırlayır

image-47backend

Rusiya mütəxəssisləri düşmənin pilotsuz uçuş aparatlarını (PUA) faydalı yükü partlatmaqla onun qarşısını almaq üçün birdəfəlik istifadə üçün nəzərdə tutulmuş “Vogan-9SP” döyüş pilotsuz uçan aparatı hazırlayıblar.

Busaat.az xəbər verir ki, “Red Line” şirkətinin sözçüsü İHA-ların aşkarlanması və onlara qarşı mübarizə texnologiyalarına həsr olunmuş konfransda bildirib.

Sözçünün sözlərinə görə, kvadrokopter təxminən 200 km/saat sürətlənə bilir və radar stansiyası və aşkar edilmiş hədəfi işıqlandıran lazer sistemi ilə birlikdə işləyir:

“”Get” əmri verilir və tutucuda 45 dərəcə bucaq altında dayanan pilotsuz təyyarə buraxılış qurğusundan havaya qalxır, hədəfə maksimum yaxınlaşır və son anda öz bələdçilik sistemlərindən avtomatik istiqamət alır”, – deyə o, izah edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki