Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.42 $▼2.99%
  • WTI neft88.15 $▼0.22%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.091 $▼2.12%
  • Qızıl3 867 $▼0.09%
  • Gümüş47.42 $▲0.21%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda588.00 ¢▲0.21%
  • Bitcoin64 384 $▼1.43%
  • Ethereum1 800 $▼1.89%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Rusiya dünyanı ekoloji fəlakətə sürükləyir - Peyk görüntüləri üzə çıxdı

image-1dd08e1b-6c70-4fcd-9c7c-53860a6ce25c
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Britaniyada nəşr olunan ” The Guardian” qəzetinin yaydığı məlumata görə, dünyada ən böyük metan qazı sızmasının Rusiyadakı kömür mədənində basş verib. Məqalədə bildirilir ki, Kanadada yerləşən peyk izləmə şirkəti olan GHGSat-ın məlumatına görə, yanvar ayında Rusiyanın Kemerovo vilayətindəki Raspadskaya kömür mədənindən saatda təxminən 90 ton metan qazı buraxılıb. Bunun bir il ərzində 2,4 milyon ev üçün kifayət qədər təbii qaz hasil edəcək səviyyədə olduğu bildirilir.

Raspadskaya mədənində baş verən sızma, GHGSat-ın 2016-cı ildə qlobal peyk izləməsinə başladığından bəri aşkar etdiyi hər hansı digər sızmadan təxminən 50 faiz böyükdür. Şirkət bəyan edib ki, sızıntı bu günə qədər bir mənbədən baş verən hər hansı sızmadan daha böyük olub.

Bill Klintonun Ağ Evdəki keçmiş müşaviri, hazırda Vaşinqtondakı Proqressiv Siyasət İnstitutunda çalışan Pol Bledsoe deyib: “Bu, Rusiyanın dünyanın ən böyük və ən dağıdıcı metan sızıntılarını gizlətdiyinin sübutudur. Putin, müharibəni maliyyələşdirmək naminə Rusiya kömüründən, neftindən, qazından qazanc əldə etməyə çalışır və bunun üçün bu nəhəng, zərərli tullantıları gizlədir”.

Qeyd edək ki, qlobal miqyasda aparılan son ekoloji araşdırmalar göstərmişdi ki, metan qazının kəsilməsi qlobal istiləşmənin qarşısını almağın ən sürətli yollarından biri ola bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79586