
“Rusiya Ermənistan-Türkiyə dialoqunu dəstəkləyir” - Zaxarova
“Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə davam edir”.
Busaat.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya gələcəkdə də Ermənistan-Türkiyə dialoquna hər cür töhfə verməyə hazırdır: “Bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi cəhətdən çiçəklənməsinə cavab verir”.






















