“İyulun 14-ü yüksək dəqiqliyə malik “Kalibr” raketləri ilə Ukraynanın Vinnitsa şəhərindəki zabitlər evinin binasına zərbə endirilib”.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.
“Zərbə zamanı sözügedən hərbi obyektdə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı ilə xaricdən olan silah tədarükçüləri arasında görüş keçirilirdi. Zərbə nəticəsində iclas iştirakçıları zərərsizləşdirilib”, – deyə Konaşenkov söyləyib.
Xatırladaq ki, Rusiya ordusu iyulun 14-ü Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Zərbə nəticəsində 22 nəfər həlak olub, daha 90 nəfər isə yaralanıb.