Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqların nəticələri ilə bağlı mətbuata açıqlama verib.
Busaat.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə danışıqların nəticəsindən məmnun olduğunu bildirib.
O, Ukrayna ilə 1000-ə 1000 nisbətində genişmiqyaslı əsir mübadiləsinin olacağını elan edib.
“Kiyev dövlət başçılarının görüşünü tələb edib, Rusiya bunu nəzərə alıb”, – deyə Medinski bildirib.
Onun sözlərinə görə, Moskva və Kiyev atəşkəsin dayandırılması ilə bağlı öz baxışlarını təqdim etmək barədə razılığa gəliblər:
“Rusiya və Ukrayna atəşkəsin qurulması ilə bağlı öz təkliflərini ətraflı şəkildə yazmaq barədə razılığa gəliblər. Atəşkəs planlarının mübadiləsindən sonra tərəflər danışıqları davam etdirəcəklər”.
Rusiya və Ukrayna arasında İstanbulda danışıqlar başa çatıb, nümayəndə heyətləri dağılışıblar.
Busaat.az-ın TASS-a istinadən verdiyi məlumata görə, hazırda mətbuat üçün bəyanatlar hazırlanır.
“Danışıqlar başa çatıb. Nümayəndə heyətləri dağılıb, texniki məruzələrlə məşğuldurlar. Mətbuat üçün bəyanatlar hazırlanır”, – agentliyin həmsöhbəti qeyd edib.
Rusiya və Ukrayna İstanbul danışıqlarında fasilə götürüblər.
Busaat.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Öz növbəsində Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bildirib ki, İstanbulda baş tutan danışıqlar nəticəsiz bitib.
O bəyan edib ki, Rusiya nümayəndə heyəti atəşkəs müqabilində Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri ərazilərindən çıxarılmasını tələb edib.
Bu barədə “Axios” da məlumat verir və qeyd edir ki, Moskva Kiyev üçün sərt və qəbuledilməz şərtlər irəli sürüb və bunların döyüş əməliyyatlarının dayandırılması üçün ilk addım kimi qəbul edilməsində israr edir.
Ukrayna KİV-i yazır ki, Rusiya nümayəndə heyəti danışıqlar zamanı Ukraynadan dörd vilayəti tamamilə tərk etməyi tələb edib və rədd cavabı alıb. Cavabında Rusiya nümayəndə heyəti guya “növbəti dəfə vilayətlərin sayının beş olacağını” bildirib.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşü başa çatıb.
Busaat.az xəbər verir ki, “RİA Novosti” bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib.
Görüş iki saata yaxın davam edib.
İstanbulda Rusiya-Ukrayna görüşü başlayıb.
Busaat.az-ın xəbərinə görə, bu barədə TASS-ın mənbəsi məlumat verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündən əvvəl salamlama nitqi ilə çıxış edib.
“Biz hər iki tərəfi İstanbulda qəbul etməkdən məmnunuq. Bu, 2022-ci ilin martından bəri aramızda olan ilk görüşdür. Bu toplantı iki ölkə liderlərinin gələcək görüşünü müəyyənləşdirəcək. Rusiya və Ukraynanın nümayəndə heyətləri münaqişənin həlli üçün hansı yolu seçəcəklərini özləri müəyyən edəcəklər”, – deyə H.Fidan bildirib.
Diplomatın bu sözlərindən sonra görüş qapalı rejimdə davam edib.
Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna ilə danışıqların keçiriləcəyi ünvana gedib.
Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin müxbiri məlumat yayıb.
Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna ilə danışıqların keçiriləcəyi ünvana gedib.
Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin müxbiri məlumat yayıb.
Ukrayna nümayəndə heyəti İstanbulda danışıqların keçirildiyi ünvana gəlib.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. “RIA Novosti” isə Rusiya nümayəndə heyətinin hələ danışıqlar yerinə gəlmədiyini yazıb.
İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş bu gün saat 12:30-a (Bakı vaxtı ilə 13:30-da – red.) planlaşdırılıb.
Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib.