
Rusiya nüvə silahlarının iştirakı ilə hərbi təlimlər keçirib
Rusiyada nüvə silahlarının da iştirak etdiyi hərbi təlimlər keçirilib.
Busaat.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin təlimi onlayn izlədiyi bildirilib.
Açıqlamada bilirilib ki, “Plesetks” kosmik bazasından “Yars” qitələrarası ballistik raketi və Barents dənizindən “Sineva” ballistik raketi Kamçatkadakı Qura poliqonuna buraxılıb. Təlimdə havadan uzun mənzilli qanadlı raketlər buraxan “Tu-95MS” tipli təyyarələr də iştirak edib.
“Təlim çərçivəsində hərbi idarə və əməliyyat heyətinin hazırlıq səviyyəsi yoxlanılıb. Strateji çəkindirici qüvvələr qarşıya məqsədləri uğurla icra edib. Bütün raketlər öz xüsusiyyətlərini sübut edib və müəyyən edilmiş hədəflərə çatıb” – deyə, məlumatda bildirilib.
Qeyd olunub ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu təlimlə bağlı Putinə məlumat verib.
ABŞ Dövlət Departamenti bu gün Rusiyanın nüvə silahı sınaqdan keçirəcəyi barədə Vaşinqtonu məlumatlandırdığını açıqlayıb.
Busaat.az























