Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.96 $▲1.33%
  • WTI neft85.67 $▲0.78%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.194 $▲3.47%
  • Qızıl3 852 $▼0.64%
  • Gümüş47.20 $▼0.60%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 332 $▼0.75%
  • Ethereum1 805 $▼0.78%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Rusiya öz diplomatlarının ailələrini Ukraynadan çıxarır

image-1619608324-2576
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya öz diplomatlarının ailələrini Ukraynadan çıxarmağa başlayıb.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb.

Nəşr yazır ki, təhlükəsizlik orqanlarında çalışan yüksək vəzifəli ukraynalı məmurun sözlərinə görə, yanvarın 5-i Rusiyanın Kiyev şəhərində çalışan diplomatların övladları və həyat yoldaşları avtobuslarla Moskvaya yola düşüblər.

Bir neçə gün əvvəl isə Kiyev və Lvovdan rusiyalı diplomatların daha 30-a yaxın ailə üzvü Ukraynanı tərk edib. Digər konsulluqlardakı diplomatlara da ölkəni tərk etməyə hazırlaşmaları bildirilib.

“The New York Times” qeyd edir ki, Ukrayna və ABŞ-da belə hesab edirlər ki, Rusiya bunu etməklə ya təbliğata əl atır, ya hücuma hazırlaşır, ya da hər kəsi aldatmağa çalışır. 

“Bizdə olan məlumata görə, Rusiya hökuməti dekabrın sonunda və yanvarın əvvəlində Ukraynadakı səfirlikdə çalışan rus diplomatların ailə üzvlərinin təxliyyəsinə hazırlaşıb”, – deyə amerikalı bir məmur söyləyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68858