Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 171 $▼1.54%
  • Ethereum1 907 $▼1.08%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya Paris Oyunlarına maksimum 180 idmançı göndərə bilər

image-2024-cu-il-paris-olimpiya-oyunlari
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2024-cü il Paris Olimpiya Oyunlarında 180-ə yaxın rusiyalı idmançı iştirak edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə idman naziri Oleq Matytsin jurnalistlərə bildirib.

“Proqnoz eyni olaraq qalır; rəqəm idmançıların təsnifat yarışlarında iştirakına əsaslanır. İdmançılarımız nə komanda yarışlarında, nə də yüngül atletika yarışlarında iştirak edə biləcəklər. Statistik təhlil aparılıb və bu rəqəmə gətirib çıxarıb; maksimum 180 idmançı”, – idman naziri söyləyib.

Qeyd edək ki, 2022-ci ilin fevralında Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoymaq üçün beynəlxalq idman federasiyalarına tövsiyələr verib və buna səbəb kimi Ukraynadakı vəziyyəti göstərib.

2023-cü il martın sonlarında BOK İcraiyyə Şurası beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarına Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəkləmək üçün açıq bəyanatlar verməmək və onlara bağlı olmamaq şərti ilə yalnız bitərəf kimi yarışmağa icazə verməyi tövsiyə edib.

Bundan əlavə, Rusiya və Belarus idmançıları komanda yarışlarında iştirak edə bilməzlər. Onların 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçirilməsi planlaşdırılan Paris Olimpiadasında iştirakı ilə bağlı hələlik qərar yoxdur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122330