
Rusiya Qara Dəniz Donanmasının qərargahı PUA hücumuna məruz qaldı
Rusiyanın Sevastopoldakı Qara Dəniz Donanmasının qərargahı PUA hücumuna məruz qalıb.
Busaat.az xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev teleqram kanalında bildirib.
O qeyd edib ki, hadisə nəticəsində ölən olmayıb.
Hazırda qərargaha giriş-çıxış polis tərəfindən bağlanıb.






















