“Rusiya Qarabağda hərbi əməliyyatlarda iştirak etməyəcək” – Müdafiə komitəsinin rəsmisi

“Rusiya Qarabağda hərbi əməliyyatlarda iştirak etməyəcək” – Müdafiə komitəsinin rəsmisibackend
“Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır. Belə bir mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb, münaqişənin həllində müsbət nəticə əldə etmək üçün görülən tədbirlər kifayətdir”.

Busaat.az  xəbər verir ki, bunu Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov RİA Novosti-yə bildirib.

Krasov Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Rusiya Desant Qüvvələrinin Azərbaycan ərazilərində hərbi əməliyyatlarda iştirak edəcəyi ilə bağlı fikirlərini birmənalı olaraq rədd edərək, bildirib ki, onun belə bir  səlahiyyəti yoxdur.

“Konstantin Zatulinə belə bir şərh vermək üçün heç bir səlahiyyət verilməyib. Hazırda Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağ münaqişəsi zonasında iştirakı planlaşdırılmayıb. Bu mövqe Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə razılaşdırılıb. “, – deyə o, əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90