Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.32 $▲0.95%
  • WTI neft87.16 $▲0.60%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.230 $▼1.85%
  • Qızıl3 993 $▼1.51%
  • Gümüş51.84 $▼1.29%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.00 ¢▲1.01%
  • Bitcoin74 152 $▲0.62%
  • Ethereum2 073 $▲1.11%
  • S&P 5007 624▲1.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Rusiya Türkiyəni vəziyyəti gərginləşdirməməyə çağırdı

image-thumb600x0-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyəni Suriyanın şimalında vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb.

Zaxarova bu barədə ənənəvi mətbuat konfransında bildirib.

“Biz türk tərəfdaşlarımızı gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Biz ondan çıxış edirik ki, Suriyanın qanuni hakimiyyətinin razılığı olmadan hərbi əməliyyatlar suverenliyin, ərazi bütövlüyünün pozulması deməkdir”, – Zaxarova deyib.

Bundan əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ankaranın Suriyanın şimalında yeni hərbi əməliyyata hazır olduğunu, hər an başlaya biləcəyini bildirmişdi.

Suriyanın sərhəd bölgəsində kürd birləşmələrinə qarşı əməliyyatlar aparan Türkiyə qüvvələrinin mövcudluğunu rəsmi Dəməşq dəfələrlə qeyri-qanuni adlandırıb və Ankaranı qoşunlarını geri çəkməyə çağırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80502